Yığmamızdan Kazanda daha 5 medal

İdman

22.06.2024 01:00

Tatarıstanın paytaxtı Kazan şəhərində keçirilən "BRICS” beynəlxalq multi-idman oyunlarının növbəti günü koreş növündə qalib və mükafatçılar bəlli olub.

TodayPress xəbər verir ki, Azərbaycan idmançıları da idmanın bu növündə fəxri kürsüyə yüksəliblər. 

Ariz Hüseynov (60 kq) və Mehdi Həciyev (80 kq) oyunların gümüş  medallarını qazanıblar. Abdulla Şərif (90 kq) və Cəsur Mehdiyev (70 kq) isə bürünc medala sahib çıxıblar.

Qılıncoynatmanın sablya növü üzrə qadın idmançılarımız isə komanda hesabında beynəlxalq multi-idman oyunlarının bürünc medallarına layiq görülüblər.

Namiq HUN

tag: Kazan şəhəri, Tatarıstan, Azərbaycan idmançıları, Bürünc medal, todaypress.az,

photo