Yeqor Maynitskiy Abu Dabi turnirinin ən yaxşısı oldu

İdman

18.12.2024 16:15

Azərbaycan üzgüçüsü Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu Dabidə keçirilən beynəlxalq turnirdə 7 medal qazanıb.

TodayPress Azərbaycan Üzgüçülük Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, Yeqor Maynitskiy beynəlxalq yarışda ilk qızıl medalı 50 metr məsafəyə brass üsulu ilə üzməkdə qazanıb. 

İdmançımız brass üsulu üzrə 100 və 200 metr məsafələrə üzməkdə də finişə birinci çatıb. 

Yeqor qarışıq üsulla 200 metr məsəfəni də hamıdan tez qət edib. 

Bundan başqa Maynitskiy 400 metr məsafəni qarışıq üsulda və 50 metri sərbəst üsulda 2-ci üzüb. O, eyni məsafəyə kəpənək üsulu ilə üzməkdə isə 3-cü olub. 

Beləliklə Yeqor Maynitskiy ümumilikdə 4 qızıl, 2 gümüz və 1 bürünc medal qazanaraq 2010-cu il təvəllüdlü üzgüçülər arasında yarışın ən yaxşı idmançısı fəxri adına layiq görülüb.

Namiq HUN

tag: Medal, Üzgüçü, Məsafə, Brass üsulu, todaypress.az,