Yeniyetmə gimnastlar Bakı turnirinin finalında

İdman

28.03.2025 16:02

811

Dörd bədii gimnastımız “AGF Trophy” beynəlxalq turnirinin finalına yüksəlib.   

TodayPress xəbər verir ki, Bakıda təşkil olunan yarışda 16 ölkədən gimnastlar çıxış edir. 

Yeniyetmələr arasında halqa və topla hərəkətlər üzrə təsnifat mərhələsindən sonra dörd azərbaycanlı gimnast həlledici yarışa adını yazdırıb.   

Şəms Ağahüseynova və Ayla İbrahimova topla hərəkətlərdə, Azadə Atakişiyeva və Nur Sadıqova halqa ilə hərəkətlərdə finalda çıxış edəcəklər. 

 Namiq HUN

tag: Azərbaycan,Gimnast,Bakı,Turnir,Todaypress.az,