Yeniyetmə cüdoçular Berlində bir araya gələcəklər

İdman

17.04.2025 16:45

6

Almaniyanın paytaxtı Berlində cüdo üzrə kadetlər arasında Avropa kuboku turniri keçiriləcək.   

TodayPress xəbər verir ki, aprelin 26-da startı veriləcək yarışda 40 ölkədən olan 800-dən çox cüdoçu qələbə uğrunda mübarizə aparacaq.   

Azərbaycan cüdoçuları da turnirə dəvət alıblar.   

Oğlanların yarışında İsa Allahverdi (66 kq), cüdoçu qızların turnirində isə Nuranə Hacızadə (48 kq) tatamiyə çıxacaq.   

Namiq HUN

tag: Cüdo,Kadetlər,Berlin,Turnir,Todaypress.az,