Yeniyetmə ağırlıqqaldıranımız Avropa üçüncüsü oldu
Yunanıstanda yeniyetmələr arasında ağırlıqqaldırma üzrə Avropa birinciliyi davam edir.
TodayPress xəbər verir ki, Saloniki turnirinin növbəti yarış günü Muhəmmədəli Məmmədzadə körpücük üzərinə çıxıb. O, yaşı 15-ə qədər olan atletlər arasında 96 kq çəki dərəcəsində qüvvəsini sınayıb.
İdmançımız birdən qaldırmada 120 kq-ı ram edərək bu hərəkətdə Avropa birinciliyinin bürünc medalına layiq görülüb.
Təkanla qaldırma hərəkətində 146 kq-a sinə gələn Muhəmmədəli gümüş medala sahib çıxıb.
Ağırlıqqaldıranımız toplam 266 kq (120+146) nəticə ilə yekun sıralamada bürünc medal qazanıb.
Namiq HUN
tag: Ağırlıqqaldırma,Avropa,Muhəmmədəli Məmmədzadə,Yunanıstan, todaypress.az,