Yeniyetmə ağırlıqqaldıranımız Avropa ikincisi oldu
Yunanıstanda yeniyetmə ağırlıqqaldıranların Avropa birinciliyi davam edir. 38 ölkədən 415 (198 qız + 217 oğlan) idmançının iştirak etdiyi yarışa Azərbaycan komandası da qatılıb.
TodayPress xəbər verir ki, Saloniki turnirinin növbəti yarış günü Elman Kurdanov körpücük üzərinə çıxıb. O, yaşı 15-ə qədər olan atletlər arasında 67 kq çəki dərəcəsində qüvvəsini sınayıb.
Atletimiz birdən qaldırma hərəkətində 100 kq-ı ram edərək bu hərəkətdə Avropa birinciliyinin bürünc medalına sahib çıxıb.
Təkanla qaldırmada 124 kq-ı baş üzərinə qaldıran idmançımız bu hərəkətdə gümüş medal əldə edib.
Toplam 224 kq (100+124) nəticə ilə Elman yekun sıralamada da gümüş medal qazanıb.
Namiq HUN
tag: Atlet,Ağırlıqqaldırma, Elman Kurdanov, Avropa birinciliyi, todaypress.az,