Yenidən hokkey üzrə Dünya kuboku keçiriləcək

İdman

28.01.2025 12:42

Hokkey üzrə Dünya kubokunun 2028-ci ildə keçirilməsi planlaşdırılır.  

TodayPress xəbər verir ki, Milli Hokkey Liqası (NHL) və hokkeyçilərin həmkarlar ittifaqı Dünya kubokunu Beynəlxalq Buzüstü Hokkey Federasiyasının (IIHF) iştirakı olmadan keçirmək istəyirlər.

Dünya kubokunun bərpa olunacağı xəbəri “4 Nations Face-Off” turniri zamanı açıqlanacaq. 

Kanada, ABŞ, İsveç və Finlandiya komandalarının iştirak edəcəyi “4 Nations Face-Off” yarışı fevralın 12-20-də Monreal və Bostonda baş tutacaq.

Artıq NHL və hokkeyçilərin həmkarlar ittifaqı IIHF-yə Dünya kubokunu onun iştirakı olmadan keçirməyi planlaşdırdıqları barədə məlumat veriblər.

Xatırladaq ki, Hokkey üzrə Dünya kuboku sonuncu dəfə 2016-cı ildə  keçirilib.  Səkkiz komandanın iştirakı ilə keçirilən turnirin qalibi Kanada millisi olub.

Namiq HUN

tag: Hokkey ,Dünya kuboku,NHL,Kanada,ABŞ,todaypress.az,