“Yeni Malatyaspor” fəaliyyətini dondurdu
İdman
07.01.2025 09:43
Türkiyənin “Yeni Malatyaspor” futbol klubu I Liqadan çəkilib.
TodayPress klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, “sarı-qaralar” hüquqlarının qorunması şərti ilə çempionatdan çıxma tələblərini Türkiyə Futbol Federasiyasına göndəriblər.
Qeyd edək ki, daha əvvəl FIFA İntizam Komitəsi “Yeni Malatyaspor” klubunun 18 xalını silmişdi.
Namiq HUN
tag: FİFA, Çempionat ,Türkiyə ,Hüquq ,todaypress.az,