Yeni ilin “Qızıl top” mükafatına namizəd futbolçuları
İdman
25.12.2024 18:05
2025-ci ildə “Qızıl top”u qazanmağa namizəd olan futbolçuların adları açıqlanıb.
TodayPress “Goal.com” nəşrinə istinadən xəbər verir ki, birinci pillədə “Liverpul” klubunun misirli forvardı Məhəmməd Salah qərar tutub.
“Real Madrid”in braziliyalı hücumçusu Vinisius Junior ikinci, “Barselona”nın ulduz futbolşçusu Rafinya isə üçüncüdür.
Növbəti mövqelərdə “Bavariya” komandasından Camal Musiala, “Barselona”dan Robert Levandovski, Lamin Yamal, “Real Madrid”dən Kilian Mbappe, “Bavariya”dan Harri Keyn, “Çelsi”dən Koul Palmer və “Bayer 04”dən Florian Virts yer alıblar.
Qeyd edək ki, 2024-cü ildə “Qızıl top”u “Mançester Siti” klubunun yarımmüdafiəçisi Rodri qazanıb.
Namiq HUN
tag: Komanda, Rafinya, Çelsi, Barselona, Kilian ,todaypress.az,