Yeni ildə 17 FIFA referisi təyinat alacaq

İdman

12.12.2024 15:49

Azərbaycanı 2025-ci ildə beynəlxalq oyunlarda təmsil edəcək FIFA referilərinin adları açıqlanıb.

TodayPress xəbər verir ki, beynəlxalq dərəcəli hakimlərimizin siyahısında dəyişiklik edilməyib. 

Siyahıda əvvəlki kimi 17 ədalət təmsilçisi yer alıb.Referilər: Əliyar Ağayev, Elçin Məsiyev, Kamal Umudlu, Fəridə Lütfəliyeva

Referi köməkçiləri: Zeynal Zeynalov, Akif Əmirəli, Elşad Abdullayev, Pərvin Talıbov, Namiq Hüseynov, Vüsal Məmmədov, Gülnurə Əkbərzadə, Sevda Nurıyeva 

VAR hakimlər: Əliyar Ağayev, Elçin Məsiyev

Futzal: Hikmət Qafarlı, Knyaz Əmiraslanov, Əli Cəbrayılov

Çimərlik futbolu: İnqilab Məmmədov, Nail Nağıyev.

Namiq HUN

tag: FİFA ,Oyun, Təmsil, Siyahı ,todaypress.az,