Yelkiyevin “Böyük Dəbilqə”də bürünc şansı

İdman

21.03.2025 15:00

1243

Gürcüstanda cüdo üzrə “Böyük Dəbilqə” turniri keçirilir. 

TodayPress xəbər verir ki, ilk yarış günü 5 cüdoçumuz 4 çəki dərəcəsində tatamiyə çıxıb.

Rəşad Yelkiyev (66 kq) Tbilisi turnirinə gürcü Luka Saqanelidze üzərində qələbə ilə başlayıb. O, sonra İtaliya cüdoçusu Françesko Cargneluttini də məyus edib. 1/4 finalda isə Rəşad özbəkistanlı Abdurakhim Nutfulloevə qalib gələrək yarımfinal mərhələsinə yüksəlib. Amma final yolunda Abrek Naquçevə (IJF) uduzub. Cüdoçumuz mübarizəni təsəlliverici yarışda davam etdirəcək.

Milli üzvlərindən Murad Muradlı, Nazir Talıbov, Aydan Vəliyeva və Fidan Əlizadə tatami ilə erkən vidalaşıblar.   

Qeyd edək ki, komandamız turnirdə 8 çəki dərəcəsində ümumilikdə 11 cüdoçu ilə təmsil olunur. 

Namiq HUN

tag: Gürcüstan,Cüdo,Böyük Dəbilqə,Rəşad Yelkiyev,todaypress.az,