Yeddi gimnastımız Bakıdakı beynəlxalq turnirdə finala yüksəldi
Bakıda bədii gimnastika
üzrə beynəlxalq turnir davam edir.
TodayPress xəbər
verir ki, Milli Gimnastika Arenasında təşkil edilən ilk yarış günündə 16
ölkədən idmançılar medallar uğrunda mübarizə aparıblar.
Onlar halqa,
top və lent proqramlarında məharətlərini nümayiş etdiriblər.
Azərbaycan
təmsilçilərindən gənclər arasında Şəms Ağahüseynova və Ayla İbrahimova
toplarla, Azadə Atakişiyeva ilə Nur Sadıqova halqalarla hərəkətlərin icrasında
finala yüksəliblər.
Böyüklərin
mübarizəsində isə İlona Zeynalova halqa, Kamilla Seyidzadə top, Zöhrə Cəfərova
həm top, həm halqa proqramında həlledici mərhələyə vəsiqə qazanıb.
Final
mərhələsinin yarışları turnirin son günündə - martın 30-da keçiriləcək.
tag: Gimnast, Arena, Yarış, Final, İlona Zeynalova, todaypress.az,