Yaylagülün atdığı ox hədəfə dəydi – Yolumuz Parisədir!
İdman
17.06.2024 10:46
Paris-2024 Yay Olimpiya Oyunlarında Azərbaycanı təmsil edəcək idmançıların sayı 37-ə çatdı.
TodayPress xəbər verir ki, kamandan oxatan Yaylagül Ramazanova komandamıza 30-çu lisenziyanı qazandırıb.
O, Türkiyədə keçirilən dünya təsnifat turnirinin finalında hədəfdən yayınmayıb. Yaylagül Ramazanovanın Antalya uğurundan sonra komandamız Paris Olimpiadasında 12 idman növündə mükafatlar uğrunda mübarizə aparacaq.
Namiq HUN
tag: Yaylagül, Oxatan, Paris-2024, Türkiyə, todaypress.az,