Yaylagül Ramazanova ilk turu uğurla başa vurdu

İdman

25.07.2024 14:19

Azərbaycanın ilk təmsilçisi Paris-2024 Yay Olimpiya Oyunlarında bu gün mübarizəyə başlayıb.

TodayPress xəbər verir ki, kamandan oxatma növündə Yaylagül Ramazanova hədəfi nişan alıb. 

Yarışa 30-cu cütdə başlayan olimpiyaçımız hədəfi 72 dəfə nişan alıb və bu atışlarda 647 xal toplayıb. İdmançımız bu nəticəyə əsasən 39-cu yeri tutub.

Y.Ramazanova 1/32 finalda 26-cı yeri tutan cinli Quxuan Anla qarşılaşacaq. O, mərhələni 656 xalla tamamlayıb. 

Kamandan oxatma üzrə 1/32 final yarışları iyulun 30-da start götürəcək. 

Namiq HUN

tag: Azərbaycan, Paris 2024, Yaylagül Ramazanova, Yarış, Quxuan Anla, todaypress.az,