Yaylagül Ramazanova ana oldu

İdman

02.10.2024 16:05

2033

Azərbaycan Kamandan Oxatma Federasiyası tarixinin sevincli gününü qeyd edir. 

TodayPress xəbər verir ki, Paris Olimpiadasına hamilə olaraq qatılan kamandan oxatma üzrə Azərbaycan çempionu Yaylagül Ramazanovanın övladı dünyaya gəlib. 

Bu hadisə təkcə qurum üçün deyil, həm də bizim üçün böyük sevinc mənbəyidir.  

Qeyd edək ki, idmançımızın hamilə vaxtı Paris Olipmpiadasının kamandan oxatma yarışlarında iştirakı bütün dünya mediasının diqqətini cəlb edib. Xarici media nümayəndələri onun bu addımını böyük cəsarət və əsl idmançı əzmkarlığı kimi qiymətləndiriblər.

Xatırladaq ki, Ramazanova 647 xal toplamaqla ölkəmiz adına Olimpiadalar tarixində rekord göstəriciyə imza atıb. O, 23 dəfə  10 xallıq atışa nail olub. Yaylagül 1/16 finala yüksəlməklə isə Azərbaycanın Çin qarşısındakı əvvəlki uğursuzluqların revanşını alıb. 

Yaylagül xanımı ana olmaq şərəfinə nail olması münasibətilə bir daha təbrik edirik. İnanırıq ki, bu yeni başlanğıc onların həyatına bir çox parlaq anlar gətirəcək.

Namiq HUN

tag: Azərbaycan, Paris ,Yaylagül, Ana Olmaq, Övlad, todaypress.az,