Yay Olimpiya Oyunlarında ilk yaşana bilər

İdman

05.11.2024 17:20

Hindistan 2036-cı ildə Yay Olimpiya və Paralimpiya Oyunlarına ev sahibliyi etmək niyyəti barədə Beynəlxalq Olimpiya Komitəsinə (BOK) rəsmi məlumat verib.

TodayPress IANS-a istinadən xəbər verir ki, Hindistanın Milli Olimpiya Komitəsi Olimpiadaya ev sahibliyi etməkdə maraqlı olduğunu təsdiqləyən BOK-a rəsmi məktub göndərib. 

Məlumatda bildirilib ki, Hindistan Oyunlara potensial ev sahibliyi etmək yolunda mühüm addım atıb. Bu, iqtisadi inkişafa, sosial tərəqqiyə kömək edəcək və ölkə boyu gənclər üçün yeni imkanlar yaradacaq.

Hindistan indiyədək belə miqyaslı tədbir keçirməyib.

Qeyd edək ki, Hindistandan başqa, Polşa, İndoneziya və Meksika artıq 2036-cı il Olimpiadasına ev sahibliyi etmək üçün ərizə verib.

Namiq HUN

tag: Hindistan,Yay Olimpiya Oyunları,Polşa, İndoneziya, Meksika, todaypress.az,