Yay Olimpiya Oyunları qışda keçirilə bilər
İdman
19.12.2024 17:05
Səudiyyə Ərəbistanı futbol üzrə 2034-cü il dünya çempionatına ev sahibliyini qazandıqdan sonra Olimpiya Oyunları 2036-nı da təşkil etmək niyyətindədir.
TodayPress xəbər verir ki, Beynəlxalq Olimpiya Komitəsinin növbəti prezidenti olmağa favorit namizədlərdən sayılan oğul Xuan Antonio Samaranç olimpiadanın ilk dəfə Yaxın Şərqdə keçirilməsi ideyasını dəstəkləyir.
Səudiyyə Ərəbistanının təşkilatçı kimi seçiləcəyi halda, orada yayda havanın hərarətinin 40°C-yə çatması səbəbindən, Oyunlar qışda keçirilə bilər.
Namiq HUN
tag: Samaranç, Qış, Oyun, Yay ,todaypress.az,