Yaxta gəzintisi faciə ilə bitdi

İdman

08.07.2024 10:49

Mərakeşin “İttihad Tancer” klubunun futbolçuları itkin düşüblər.

TodayPress xəbər verir ki, bədbəxt hadisə yaxtada gəzinti zamanı baş verib.

“İttihad Tancer” klubunun heyət üzvlərindən - Usama Alfa, Suleyman Dadu, Abdelhamid Maali, Salman Harrak və Abdellatif Ahrif Mərakeşin Mdik şəhərində yaxta kirayələyərək dəniz gəzintisinə çıxıblar. Futbolçular üzmək üçün suya tullandıqdan sonra güclü külək gəmini uzağa aparıb. 

İtkin düşən futbolçulardan 3-nü xilas etmək mümkün olsa da, Salman Harrak və Abdellatif Ahrif haqqında heç bir məlumat yoxdur.

Namiq HUN

tag: Yaxta Gəzintisi, İttihad Tancer, Hadisə, İtkin, Futbolçular, todaypress.az,