Yassin Benzia seçimini etdi
İdman
30.05.2024 19:38
“Qarabağ” klubunun əlcəzairli futbolçusu Yassin Benzia gələcək karyerası ilə bağlı qərar verib.
TodayPress xəbər verir ki, yarımmüdafiəçi Asiya ölkələrindən aldığı çoxsaylı təklifləri dəyərləndirib. O, Səudiyyə Ərəbistanı və Qətər variantları arasında seçim edəcək. Ərəb klubları daha yüksək maliyyə şərtləri irəli sürüb.
Qeyd edək ki, Benzia daha əvvəl Avropaya qayıtmaq istədiyini bildirsə də, sonradan “Qarabağ”da qalmağa üstünlük vermişdi. Yassin Benzia son mövsüm 49 matçda 16 qol vurub.
tag: Yassin Benzia, Qarabağ FC, Football, İdman,todaypress.az,