Yaponiya DÇ-2026-ya vəsiqə qazandı
Futbol üzrə Yaponiya yığma komandası Dünya çempionatının final mərhələsinə yüksələn ilk komanda olub.
TodayPress xəbər verir ki, “gündoğar ölkə” təmsilçisi seçmə mərhələnin VII turunda Bəhreyn yığmasını qəbul edib.
Yaponiya rəqibini 2:0 hesabı ilə məğlub etməklə vaxtından əvvəl mundialın əsas mərhələsində iştirakını rəsmiləşdirib.
Asiyalılar yer aldıqları C qrupunda 7 oyundan 19 xal toplamaqla minimum ikinci yeri özləri üçün təmin ediblər.
Yaponiya millisi ən yaxın izləyicisi olan Avstraliyanı 9 xal qabaqlayır.
Qeyd edək ki, DÇ-2026-ya ABŞ, Kanada və Meksika ev sahibliyi edəcək.
Namiq HUN
tag: Yaponiya,Bəhreyn,Futbol,Dünya,Çempionat,Vəsiqə,Todaypress.az,