Yankoviç Zaqreb “Dinamo”sunun radarına düşdü
“Qarabağ” klubunun futbolçusu Xorvatiya çempionunun maraq dairəsinə düşüb.
TodayPress xəbər verir ki, Zaqreb “Dinamo”su Marko Yankoviçi heyətinə qatmaq istəyir.
UEFA Çempionlar Liqasının pley-off mərhələsində Ağdam təmsilçisi ilə qarşılaşan Xorvatiya klubu Yankoviçlə danışıqlar aparmağa hazırdır. İlk növbədə monteneqrolu futbolçu fikir bildirməlidir.
Qeyd edək ki, Marko Yankoviç 2022-ci ilin yayından “Qarabağ” klubunun formasını geyinir.
(Sportinfo.az)
Namiq HUN
tag: İdman,Yankoviç,UEFA,“Qarabağ” klubu,Futbol,todaypress.az,