Yanis Timmanın ölüm səbəbi açıqlandı

İdman

27.01.2025 16:10

Rusiyada vəfat edən latviyalı basketbolçu Yanis Timmanın ölüm səbəbi açıqlanıb.   

TodayPress “RİA Novosti”yə istinadən xəbər verir ki, hüquq-mühafizə orqanlarının araşdırmasından sonra 32 yaşlı Timmanın intihar etdiyi məlum olub. 

Basketbolçunun ölümünün digər versiyaları təsdiqlənməyib.  Xatırladaq ki, Yanis Timman dekabrın 17-də Moskvadakı oteldə ölü tapılıb.   

O, rusiyalı müğənni Anna Sedakovanın keçmiş həyat yoldaşı olub. Cütlük 2024-cü il dekabrın 9-da nikahı pozub.

Ölümündən bir qədər əvvəl basketbolçu sosial şəbəkələrdə arxiv videosunu paylaşaraq keçmiş həyat yoldaşını ad günü münasibətilə təbrik edib.

Qeyd edək ki, müğənni və basketbolçu bir neçə il Moskvada birlikdə yaşayıb. Daha sonra Timman NBA İnkişaf Liqasına keçib.

Latviyalı idmançı ardından Türkiyənin “Darüşşafaka” və İspaniyanın “Obradoyro” klublarına transfer olunub.

tag: Latviya,Timman,Türkiyə,İdmançı,Todaypress.az,