Yan Zommer milli karyerasını bitirdi
İtaliyanın "İnter"futbol klubunda çıxış edən qolkiper Yan Zommer İsveçrə millisindəki karyerasını başa vurub.
TodayPress xəbər verir ki, bu barədə İsveçrə Futbol İttifaqı məlumat yayıb.
Yan Zommer 2012-ci ildən İsveçrə yığma komandasının formasını geyinib. O, millidə ümumilikdə 94 matçda meydanda olub və 92 qol buraxıb. 35 yaşlı qolkiper 35 görüşdə qapısını toxunulmaz saxlayıb.
Namiq HUN
tag: İtaliya, inter, İsveçrə, Yan Zommer, Komanda,todaypress.az,