Yamaykalı futbolçu irqçi təhqirlərə məruz qaldı
“Mançester Siti” klubunun qadınlardan ibarət komandasının futbolçusu Kadice Şou irqçi təhqirlərə məruz qalıb.
TodayPress “şəhərlilər”in mətbuat xidmətinə istinadla xəbər verir ki, forvard İngiltərə Superliqasında “Arsenal”la oyundan sonra xoşagəlməz halla üzləşib.
28 yaşlı futbolçu ona göndərilən mesajların araşdırılması üçün hüquq-mühafizə orqanlarına müraciət edib.
Qeyd edək ki, Kadice Şou 2023/2024 mövsümündə ilin oyunçusu mükafatına layiq görülüb. O, meydana çıxdığı 18 oyunda 21 qol (3 het-trik) və 3 məhsuldar ötürmə ilə Superliqanın bombardiri olub.
Namiq HUN
tag: Futbol,Mançester Siti,İrqçilik,Kadice Şou,Todaypress.az,