Yamal yeni rekorda imza atdı
Lamin Yamal Millətlər Liqasının tarixinə düşüb.
TodayPress xəbər verir ki, İspaniya millisinin futbolçusu turnirdə qol vuran ən gənc oyunçu adına yiyələnib.
Yamal 1/4 finalın Niderlandla cavab oyununda (3:3, pen. 5:4) fərqlənib. O, 17 yaş 258 günlüyündə qol vurub.
Qeyd edək ki, bunadək rekord digər ispaniyalı Qaviyə məxsus idi – 17 yaş 304 gün.
tag: Lamin Yamal,Millətlər Liqası,İspaniya,todaypress.az,Rekord,