Yamal rekord təklif aldı

İdman

12.04.2025 11:25

9

“Barselona” klubunun futbolçusu Lamin Yamal karyerasını İngiltərədə davam etdirə bilər.   

TodayPress “Barca Universal”a istinadən xəbər verir ki, “Mançester Siti” vingerin transferi üçün Kataloniya təmsilçisinə 275 milyon avro təklif edib. 

Keçid baş tutacağı halda futbol tarixinin ən bahalı transferi olacaq. 

Qeyd edək ki, Lamin Yamal cari mövsüm meydana çıxdığı 43 matçda 14 qol vurub və 21 məhsuldar ötürmə edib.

Onun “Barselona” ilə hazırkı müqaviləsi 2027-ci ilin yayına qədərdir.   

Namiq HUN

tag: Lamin Yamal,Barselona,Mançester Siti,Transfer,Todaypress.az,