Yamal millinin tarixinə düşdü

İdman

19.03.2025 12:10

2668

İspaniyalı futbolçu Lamin Yamal milli komandanın tarixində ilkə imza atıb.   

TodayPress xəbər verir ki, vinger “qırmızı furiya” tarixində Ramazan ayında oruc tutan ilk futbolçu olub. 

17 yaşlı futbolçu Barselona əyalətində anadan olsa da, onun atası Mərakeşdən, anası isə Ekvoterial Qvineyadandır.   

İspaniya millisinin heyətində daha əvvəl Ramazan bayramını qeyd edən Adama Traore, Munir El-Haddadi və Ansu Fati kimi futbolçuları olub.

Lakin komandanın oyunları orucluq ayı ilə üst-üstə düşməyib. 

İspaniya yığma komandası UEFA Millətlər Liqası çərçivəsində martın 20-də və 23-də Niderland millisi ilə qarşılaşacaq.   

Namiq HUN

tag: Lamin Yamal,BArselona,Oruc,Ramazan,Todaypress.az,