Yamal “Laureus” mükafatına layiq görüldü
“Barselona” klubunun vingeri Lamin Yamal “ilin ən yaxşı oyunçusu” nominasiyasında “Laureus” mükafatına layiq görülüb.
TodayPress xəbər verir ki, Kataloniya təmsilçisinin yetirməsinin mükafatlandırma mərasimi Madriddə baş tutub.
1999-cu ildə təsis edilən “Laureus” mükafatı idmançılara il ərzində qazandıqları nailiyyətlərə görə təqdim olunur.
17 yaşlı futbolçunun “Barselona” ilə müqaviləsinin müddəti 2026-cı ilin yayına qədərdir.
Cinah oyunçusunun transfer dəyəri 180 milyon avro qiymətləndirilir.
Lamin Yamal cari mövsüm La Liqada keçirdiyi 29 oyunda 6 qol vurub və 12 məhsuldar ötürmə edib.
Namiq HUN
tag: Barselona,Lamin Yamal,Mükafat,Uğur,Todaypress.az,