Yamal İspaniya millisindən ayrıldı
İspaniya yığması UEFA Millətlər Liqasında Serbiya ilə oyun öncəsi itki ilə üzləşib.
TodayPress xəbər verir ki, komanda aparıcı futbolçusu Lamin Yamalın köməyindən məhrum olub.
“Barselona”nın oyunçusu Danimarkaya qarşı matçda zədələnib.
İspaniya Futbol Federasiyası Yamalın maqnit rezonans müayinəsindən keçdiyini açıqlayıb. Futbolçunun zədəsi ciddi olmasa da, daha da ağırlaşmaması üçün riskə gedilməyəcək. Bu səbəbdən Yamal millinin düşərgəsini tərk edib.
Namiq HUN
tag: İspaniya, UEFA, Serbiya,Danimarka ,todaypress.az,