Yamal ən yaxşı adını qazandı
İdman
05.10.2024 11:04
Futbol üzrə İspaniya çempionatında sentyabr ayının ən yaxşı oyunçusunun adı açıqlanıb.
TodayPress xəbər verir ki, bu ada "Barselona" klubunun yarımmüdafiəçisi Lamin Yamal layiq görülüb.
17 yaşlı futbolçu sentyabr ayında La Liqanın 4 matçında iştirak edib.
Yamal bu qarşılaşmalarda 3 qol və 1 ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, Laminin "Barselona" klubu ilə 2026-cı ilin yayına qədər müqaviləsi var.
Namiq HUN
tag: İspaniya, Barselona ,Lamin ,Çempionat ,todaypress.az,