Yamal dünyanın ən bahalı gənc futbolçusudur
İdman
07.11.2024 17:02
“CIES Futbol Observatory” Beynəlxalq İdman Tədqiqatları Mərkəzi dünyanın 21 yaşadək ən bahalı 100 futbolçusunun siyahısını açıqlayıb.
TodayPress xəbər verir ki, ilk pillədə “Barselona” klubunun 17 yaşlı futbolçusu Lamin Yamal yer alıb.
İspaniyalı vingerin bacarığı 180,9 milyon avro dəyərində qiymətləndirilib.
“Mançester Yunayted”in futbolçusu Alexandro Qarnaço 114,8 milyon avro dəyərlə ikincidir.
İlk üçlüyü 109 milyon avro ilə PSJ-nin yarımmüdafiəçisi Uorren Zair-Emri tamamlayır.
Namiq HUN
tag: Barselona, Lamin Yamal, Mançester Yunayted,Alexandro Qarnaço, PSJ, todaypress.az,