Yamal daha bir rekorda imza atdı
İdman
18.10.2024 17:10
“Barselona”nın yarımmüdafiəçisi Lamin Yamal daha bir rekorda imza atıb.
TodayPress xəbər verir ki, “Transfermarkt” portalı Yamalı futbol tarixinin 18 yaşadək ən bahalı oyunçusu kimi təqdim edib.
17 yaşlı ispaniyalı vingerin dəyəri 150 milyon avro olaraq qiymətləndirilir.
Əvvəlki rekordçu 18 yaşında 90 milyon avro dəyərində olan PSJ-nin sabiq, “Real Madrid”in indiki hücumçusu Kilian Mbappe idi.
Qeyd edək ki, Lamin Yamal cari mövsüm meydana çıxdığı 11 oyunda 5 qol vurub və 5 məhsuldar ötürmə edib. O, İspaniya millisi ilə Avropa çempionu titulunu qazanıb.
Namiq HUN
tag: Barselona, Lamin Yamal, Real Madrid, PSJ, Kilian Mbappe, todaypress.az,