Yamal “böyük beşliy”in ən yaxşısıdır

İdman

10.10.2024 13:40

“Barselona” klubunun futbolçusu Lamin Yamal mövsümə əla start verib.   

TodayPress xəbər verir ki, 17 yaşlı vinqer oyunda yaradılan dəqiq qol sayına görə (9) beş aparıcı Avropa çempionatına başçılıq edir. 

İkinci yerdə Yamalın komanda yoldaşı Rafinya Dias (8) qərarlaşıb.  İlk üçlüyü “Çelsi”nin yarımmüdafiəçisi Koul Palmer (7) tamamlayır. 

Qeyd edək ki, Lamin Yamal cari mövsüm La Liqanın 9 matçında 4 qol vurub və 5 məhsuldar ötürmə edib.   Rafinya isə 5 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.   

Namiq HUN

tag: Barselona,Lamin Yamal ,La Liqa,Matç,Todaypress.az,