Yamal Avropanın ən yaxşısı seçildi
İdman
28.11.2024 00:23
"Barselona"nın
futbolçusu Lamin Yamal “Golden Boy” mükafatını qazanıb.
TodayPress xəbər
verir ki, bu barədə mükafatın mətbuat xidməti məlumat yayıb. Bu, Avropada ilin
21 yaşadək ən yaxşı futbolçusuna təqdim olunur.
17 yaşlı vinger
2024-cü ilidə Kataloniya klubunun və İspaniya millisinin əvəzolunmaz
oyunçularından olub. O, yığmanın heyətində Avro-2024-ün qalibi olub. Həmin
turnirdə 7 oyuna çıxaraq 1 qol vurub və 4 qolun ötürməsini edib. Hazırkı
mövsümdə isə Yamal "Barselona"nın heyətində 16 matça çıxaraq 6 qol
vurub və 8 qolun ötürməsini edib.
Qeyd edək ki,
“Golden Boy”un son qalibi “Real”ın futbolçusu Cud Bellinqem olub. Bu mükafatı
Lionel Messi (2005), Erlinq Haaland (2020) və Kilian Mbappe (2017) kimi
futbolçular da qazanıb.
tag: Barselona, Golden Boy, Lamin Yamal, Avropa, todaypress.az,