Yakob Sundberqə Superliqada təyinat verilməyəcək
Türkiyə Superliqasının XXIII turundakı “Qalatasaray” – “Adana Demirspor” oyununun VAR hakimi Yakob Sundberq artıq bu çempionatda təyinat almayacaq.
TodayPress xəbər verir ki, bu barədə “Sabah” nəşri məlumat yayıb.
Türkiyə Futbol Federasiyasında (TFF) danimarkalı referiyə bir daha etimad göstərməyəcəklərini bildiriblər.
Qeyd edək ki, “Adana Dəmirspor” ilk hissədə oyunu yarımçıq tərk edib. Klub meydan sahiblərinin lehinə verilən penaltiyə görə bu addımı atıb.
Namiq HUN
tag: Türkiyə ,Superliqa, Qalatasaray ,Hakim,Adana Demirspor,Yakob Sundberq,Todaypress.az,