XVII Yay Paralimpiya Oyunları start götürdü
İdman
29.08.2024 09:12
Paris Paralimpiadasının açılış mərasimi keçirilib.
TodayPress xəbər verir ki, Paralimpiadalar tarixində ilk dəfə tədbir stadiondan kənarda baş tutub.
Mərasim Yelisey Çöllərindən Parisin Konkord meydanınadək davam edib.
XVII Yay Paralimpiya Oyunlarının paradında 184 nümayəndə heyətinin 6 minə yaxın idmançı və rəsmi şəxsi iştirak edib.
Tədbirdə Azərbaycan bayrağını parataekvondoçu İmaməddin Xəlilov və paraatlet Lamiyə Vəliyeva dalğalandırıblar.
Tarixinin 8-ci analoji yarışına qatılan Azərbaycan komandası Fransa paytaxtında 18 idmançı ilə 7 növdə oyunların mükafatları uğrunda mübarizə aparacaq.
Qeyd edək ki, sentyabrın 8-dək davam edəcək Paralimpiadada 549 medal dəsti sahibini tapacaq.
Namiq HUN