Xusanov “Mançester Siti”nin tarixinə düşdü
“Mançester Siti”nin özbəkistanlı müdafiəçisi Abdukodir Xusanov fevral ayında klubun ən yaxşı futbolçusu seçilib.
TodayPress xəbər verir ki, bu barədə “şəhərlilər”in rəsmi saytı məlumat yayıb.
21 yaşlı futbolçu "Mançester Siti" azarkeşlərinin səsverməsində hücumçu Erlinq Holand və müdafiəçi Joska Qvardiolu qabaqlayıb.
Xusanov fevralda “Mançester Siti”nin heyətində bütün turnirlərdə 5 oyunda iştirak edib və 1 qol vurub.
Namiq HUN
tag: Mançester Siti,Klub,Abdukodir Xusanov,Futbol,Todaypress.az,