Xusanov ÇL-in tarixinə düşdü

İdman

20.02.2025 11:02

2489

“Mançester Siti”nin özbəkistanlı müdafiəçisi Abdukodir Xusanov “Santyaqo Bernabeu”da “Real Madrid”lə Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununda (1:3) “şəhərlilər”ın heyətində start heyətdə meydana çıxmaqla uğura imza atıb.   

TodayPress “Opta”ya istinadən xəbər verir ki, 20 yaş 356 günlük olan Xusanov turnirin pley-off mərhələsində debüt edən ikinci ən gənc oyunçu olub. 

Rekord 2014-cü ilin martında 19 yaş 128 günlük olarkən “Real”a qarşı “Şalke” forması ilə oyuna çıxan türkiyəli Kaan Ayhana məxsusdur.   

Namiq HUN

tag: Mançester Siti,Xusanov,Ən Gənc Oyunçu,Kaan Ayhan,