Xorvatiya titulunu müdafiə edə biləcək?

İdman

01.02.2025 19:00

Kişilər arasında həndbol üzrə 2025-ci il dünya çempionatının finalçıları məlum olub.

TodayPress xəbər verir ki, fevralın 2-də keçiriləcək həlledici görüşdə Xorvatiya və Danimarka yığma komandaları qarşılaşacaq.

Xorvatlar yarımfinalda fransalı həndbolçuları 31:28, danimarkalılar isə portuqaliyalıları 40:27 hesabı ilə məğlub ediblər.

Qeyd edək ki, Danimarka yığması hazırki dünya çempionudur. Komanda son üç mundialın (2019, 2021 və 2023) qalibi olub. Xorvatiya millisi isə yalnız 2003-cü ildə çempionluq sevinci yaşayıb. 

Həndbol üzrə dünya çempionatı Xorvatiya, Norveç və Danimarkanın beş şəhərində keçirilir.

Namiq HUN

tag: Horvatia,Danimarka,Həndbol,Dünya çempionatı,İdman,todaypress.az,