Xorvatiya qələbəni əldən verdi
İdman
25.06.2024 01:27
Futbol üzrə Avropa çempionatının B qrupunda mübarizəyə yekun vurulub.
TodayPress xəbər verir ki, Xorvatiya millisi 2024-cü ildə Almaniyada keçiriləcək Avropa çempionatının qrup mərhələsinin üçüncü oyununda İtaliya millisi ilə heç-heçə edib.
"Red Bull Arena Leipzig" də baş tutan görüş 1:1 hesabı ilə başa çatıb. İlk qolu 55-ci dəqiqədə yarımmüdafiəçi Luka Modriç vurub. İkinci hissəyə əlavə edilən səkkizinci dəqiqədə yarımmüdafiəçi Mattia Zakkani hesabı bərabərləşdirib.
Oyunun son dəqiqəsinə qədər 1-0 öndə olan xorvatlar hesabı qoruya bilməyib. İtalyanlar son saniyədə hesabı bərabərləşdirərək, qrupdan çıxmağı təmin edib. Xorvatiya isə bu hesabla Avropa çempionatı ilə vidalaşıb.
tag: Xorvatiya, Almaniya, Avropa çempionatı, İtaliya millisi, todaypress.az,