Xorvatiya çempionu müdafiəçisini itirdi

İdman

14.08.2024 12:45

Xorvatiyanın "Dinamo" (Zaqreb) klubunun aparıcı futbolçusu Mauro Perkoviç UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Qarabağ”a qarşı oynaya bilməyəcək.

TodayPress xəbər verir ki, müdafiəçi zədə səbəbindən heyətdə yer almayacaq. 

Dizi bağları qopan 21 yaşlı futbolçunun bir neçə həftə yaşıl meydanlardan kənarda qalacağı gözlənilir.

Qeyd edək ki, “Qarabağ” klubu "Dinamo"ya qarşı ilk matçını avqustun 20-də səfərdə, cavab görüşünü isə ayın 28-də Bakıda keçirəcək. 

Namiq HUN

tag: Xorvatiya, UEFA, Qarabağ, Dinamo,Çempionlar Liqası, todaypress.az,