Xizək alpinizminin fərdi növ üzrə qalibləri məlum oldu

İdman

13.01.2025 17:45

Şahdağda xizək alpinizmi üzrə Dünya kuboku başa çatıb.

TodayPress xəbər verir ki, yarışın son günündə idmançılar fərdi növ üzrə mübarizə aparıblar.

Qadın xizəkçilərdə fransalı Axel Qaç Mollar, kişilərdə isə isveçrəli Remi Bonnet Dünya Kubokunun qalib olublar. 

Fərdi növü üzrə nəticələri:

Qadınlar

1. Axel Qaç Mollar (Fransa)

2. Emili Harrop (Fransa)

3. Yohanna Hiemer (Avstriya)

Kişilər

1. Remi Bonnet (İsveçrə)

2. Samuel Equy (Fransa)

3. Tibalt Anselm (Fransa)

Qeyd edək ki, Dünya kuboku 2026-cı ildə keçiriləcək Qış Olimpiya Oyunlarına lisenziya qazanmaq üçün kvalifikasiya yarışlarından biri hesab edilir.

Namiq HUN

tag: Şahdağ ,Xizək ,Qalib ,Qış ,todaypress.az,