Xizək alpinistlərimiz Dünya kubokunun ilk onluğunda

İdman

27.01.2025 16:40

Azərbaycanın Xizək Alpinizmi üzrə milli komandası İtaliyada təşkil olunan Dünya Kubokunda iştirak edib. 

TodayPress xəbər verir ki, yeniyetmələr arasında Forni di Sopra şəhərində keçirilən xizək alpinizmi üzrə yarışda Nəbiyulla Qələbəqiyev və Ramin Beybutov təmsil ediblər. 

Yarışın sprint növündə 15 ölkədən olan iştirakçı arasında Nəbiyulla Qələbəgiyev 7-ci, Ramin Beybutov isə 8-ci yeri tutub. 

 Namiq HUN

tag: Xizək,Ölkə,Nəbiyulla Qələbəgiyev,İştirakçı,Todaypress.az,