“Ximki”nin prezidenti ev dustaqlığına buraxıldı
İdman
12.12.2024 09:42
Rusiyanın "Ximki" futbol klubunun Azərbaycan əsilli prezidenti Tufan Sadıqovun həbsi ilə bağlı xəbərlər yayılıb.
TodayPress xarici KİV-ə istinadən xəbər verir ki, funksionerin saxlanılmasına səbəb "Ximki" - "Krılya Sovetov" matçının araşdırılması və ya onun rəhbərlik etdiyi şirkətdəki maliyyə əməliyyatları ilə bağlı ola bilər.
Daha bir versiya Sadıqova Rusiya Federasiyası Cinayət Məcəlləsinin 291.2-ci “Xırda rüşvət alma” maddəsi ilə iş açılması ilə bağlıdır.
Qeyd edək ki, Rusiya mətbuatında Tufan Sadıqovun ev dustaqlığına buraxıldığı bildirilib.
Namiq HUN
tag: Ximki, Futbol ,Klub, Cinayət, todaypress.az,