Xerardo Martino qərar verdi

İdman

20.11.2024 10:21

“İnter Mayami” futbol klubunun baş məşqçisi postunu tərk edəcək.

TodayPress xəbər verir ki, argentinalı mütəxəssis şəxsi səbəblərdən bu addımı atacaq.

Qeyd edək ki, Xerardo Martino 2023-cü ildən “İnter Mayami”yə başçılıq edib. Klub onun rəhbərliyi ilə MLS-də müntəzəm çempionatı 74 xallıq rekord nəticə ilə bitirsə də, pley-offun ilk mərhələsində mübarizəni dayandırıb.

Namiq HUN

tag: İnter Mayami,Baş məşqçi,Xerardo Martino,MLS,todaypress.az,