Xəlilov ilin ən yaxşı parataekvondoçusu seçildi
İdman
04.02.2025 16:57
Azərbaycan millisinin parataekvondoçusu İmaməddin Xəlilov növbəti dəfə fərqlənib.
TodayPress xəbər verir ki, Paralimpiya çempionu “İlin ən yaxşı parataekvondoçusu” nominasiyasının qalib olub.
O, “mundotaekwondo.com” saytının sorğusunda səs çoxluğu ilə bütün rəqiblərini qabaqlayıb. 2011-ci ildə təsis edilən bu portal taekvondo üzrə ixtisaslaşıb.
Qeyd edək ki, Xəlilov Paris-2024 Paralimpiya Oyunlarında qızıl medal qazanıb.
tag: Azərbaycan ,Milli,Parataekvondo,İmaməddin Xəlilov,todaypress.az,