Xavi “Milan”ı çalışdıracaq?

İdman

19.12.2024 12:00

İspaniyalı futbol mütəxəssisi İtaliya nəhəngi ilə danışıqlara başlayıb.  

TodayPress “El Nacional” nəşrinə istinadən xəbər verir ki, “Barselona” futbol klubunun keçmiş baş məşqçisi “rossoneri”nin sükanı arxasında Paulo Fonsekanı əvəzləmək üçün “Milan”la danışıqlar aparır.

Klub rəhbərliyi komandanın oyun üslubunu dəyişməyə çalışır və Xavini Fonsekanın ideal əvəzləyicisi kimi görür. 

“Milan” A seriyasının lideri “Atalanta”dan 14 xallıq geriləmə ilə 8-ci pilləsində qərarlaşıb.

Fonseka ötən yay “Milan”ın baş məşqçi postunda Stefano Piolini əvəzləyib. Portuqaliyalı mütəxəssis İtaliya klubu ilə iki illik müqavilə imzalayıb.

Qeyd edək ki, Xavi ötən yay “Barselona”dan ayrılandan işsizdir.

Namiq HUN

tag: Stefano, Milan, Pillə, Xavi ,todaypress.az,