Xavi “Mançester Yunayted”i çalışdıracaq?

İdman

23.10.2024 23:35

“Barselona”nın keçmiş baş məşqçisi Xavi “Mançester Yunayted”i çalışdıra bilər.

TodayPress “Daily Mail”ə istinadən xəbər verir ki, klub rəhbərliyi son bir neçə ay ərzində iki dəfə ispaniyalı məşqçi ilə təyinatla bağlı danışıqlar aparıb.

Mançester təmsilçisi mövsümə uğursuz startdan sonra hazırkı baş məşqçi Erik ten Haqın yerinə potensial namizəd axtarır. Komanda niderlandlı məşqçinin rəhbərliyi altında Avropa Liqasında heç bir qələbə qazana bilməyib (2 heç-heçə). 

“Qırmızı şeytanlar” Premyer Liqa isə 12-ci pillədə qərarlaşıb.

Namiq HUN

tag: Barselona, Xavi,Liqa, Avropa, todaypress.az,