Xavi İtaliya klubuna “yox” dedi
İdman
24.09.2024 13:31
Daniele de Rossinin “Roma” klubunun baş məşqçisi postundan istefa verməsindən sonra rəhbərlik mütəxəssislərlə danışıqlar aparıb.
TodayPress “Corriere dello Sport”a istinadən xəbər verir ki, məşqçilər Xavi Hernandes, Stefano Pioli və Françesko Farioliyə baş məşqçi postu təklif olunub.
“Roma” onların hamısından rədd cavabı alıb.
“Roma” A Seriyasının 5 turundan sonra 6 xalla 11-ci pillədə qərarlaşıb.
Namiq HUN
tag: İtaliya,Daniele de Rossi, Roma, İstefa, Mütəxəssislər, todaypress.az,