Xavi "Barselona"dan qovulduğu üçün təzminatdan imtina edəcək
TodayPress xəbər verir ki, "Barselona"nın keçmiş baş məşqçisi Xavi istefaya görə Kataloniya klubuna ona olan 12 milyon avro borcu bağışlamağa hazırdır.
Klub rəhbərliyi onun məşqçilər korpusunun 8 üzvünün hamısına qovulmasına görə kompensasiyanı tam ödəyərsə, Xavi təzminatdan imtina edəcək. Kompensasiyanın ümumi məbləği üç milyon avronu keçmir.
Qeyd edək ki, Xavi 2021-ci ilin noyabrında "Barselona"ya baş məşqçi təyin olunub. Klub onun rəhbərliyi altında keçirdiyi 141 oyunda 89 qələbə qazanıb, 23 heç-heçə edib və 29 məğlubiyyətlə üzləşib. 2022/23-cü illər mövsümündə Xavi kataloniyalılarla La Liqa və İspaniya Superkubokunun qalibi olub.
"Barselona"nın yeni baş məşqçisi "Bayern Münhen" klubunun və Almaniya millisinin sabiq çalışdırıcısı Hans-Diter Flik olacaq.
tag: Barselona, Football, Xavi, İdman, todaypress.az,